Emirates Hava Yolları ziyarətçiləri Expo 2020 Dubai-yə gətirməkdə əsas rol oynayacaq. Tərəfdaşlıq şərtləri əsasında Emirates lisenziyalı bilet satıcısı olacaq. Emirates Hava Yolları şirkətinin güclü dünya brendi olması və marketinq fəaliyyəti, eləcədə dünyanın 150 istiqamətində həyata keçirdiyi geniş uçuş şəbəkəsi şirkətin Expo 2020 Dubai sərgisinə dəstək göstərmək üçün düzgün seçim olması deməkdir, sərgiyə qatılacağı gözlənilən milyonlarla ziyarətçinin 70%-i Sərgiyə digər ölkələrdən səfər edəcəyi gözlənilir. Müqayisə üçün qeyd etsək, 2012-ci il London Olimpiya və Paralimpiya Oyunları təxminən 700000 beynəlxalq ziyarətçi qəbul etmişdir.
Beynəlxalq Əməkdaşlıq üzrə BƏƏ Dövlət Naziri və Expo Dubai 2020 Bürosunun Baş Direktoru Zati-aliləri Rim Əl-Haşimi şərh verdi: “Emirates Hava Yolları keçən il 50 milyondan çox sərnişin daşıyıb. Bu qlobal birləşdiricidir və hər zaman öz vizyonunda qabaqcıl təfəkkürə və innovativ baxışa malik olaraq, geniş fürsətlər və mobillik təmin edilməsində aparıcı rol oynayır. Bu gələcəyimizi formalaşdıracaq innovasiya və ilham mənbəyi yaratmaq üçün əlaqələrin gücünü qeyd etmək məqsədilə dünyanı Dubaya gətirəcək qlobal məkan olan Expo 2020 Dubai üçün uyğun partnyordur.”