Expo 2020 Dubai saytı Etisalat Qrup ilə Baş Tərəfdaşlığı vasitəsilə dünyanın ən sürətli, ağıllı və ən yaxşı əlaqələndirilmiş internet səhifəsi olacaq. Expo 2020 Dubay və Etisalat arasında tərəfdaşlıq tədbirin icra olunmasında başlıca rol oynamışdır. Etisalat Expo mövzularının milyonlarla ziyarətçilərin diqqətinə çatdıracaq qabaqcıl, diqqəti cəlb edən rəqəmsal təcrübənin öz ziyarətçi və iştirakçılarına təqdim etməsi üçün Expo 2020 Dubay sərgisinin internet səhifə infrastrukturunun yaradılmasına cəlb olunacaq. Etisalat gün ərzində 300 000 şəxs üçün xidmət təmin edəcək Wi-Fi təchiz edəcək.
Beynəlxalq Əməkdaşlıq üzrə BƏƏ Dövlət Naziri, Expo Dubai 2020 Bürosunun Baş Direktoru Zati Aliləri Reem Əl Həşimi Etisalat ilə Baş Tərəfdaşlığı böyük məmnuniyyətlə dəstəkləmişdir. Həyata keçirilməsi üçün ilk Exponun təşkil olunduğu 1851-ci ildə 6 həftə müddət tələb edən ünsiyyət, indi altı mikrosaniyə tələb edir. Dövrümüz hiper-əlaqələr əsridir və Etisalat insanlar və texnologiyanın bir araya gətirilməsində mühüm rol oynayaraq, onların ünsiyyət qurması və paylaşımlar etməsinə, yeni ixtiralar kəşf etməsi və yaratmasına şərait yaradır. Beynəlxalq səviyyədə miqyası və təcrübəsi ilə Etisalat Expo 2020 Dubai sərgisini Yer Kürəsi üzrə ən çox əlaqələndirilmiş tədbirlərdən birinə çevirəcək.