olan SAP şirkətinin uzunmüddətli gələcəyə baxış konsepsiyası dünyanın daha yaxşı irəliləməsi və insanların həyatlarının yaxşılaşdırılmasına köməklik göstərməkdir. Expo 2020 Dubai ilə birlikdə innovasiya etmək imkanı əldə etmək SAP şirkətinin dünyanın rəqəmsal biznes platforması kimi mövqeyini gücləndirir. Milyonlarla insan görünməmiş innovasiya gücünü hiss etmək üçün dünyanın ən müdrik şəhərlərindən birinə səfər edəcək. Dünya səviyyəsində tanınan SAP şirkəti olaraq biz texnologiya baxımından ən qabaqcıl və ruhlandırıcı meqa tədbir olan Expo 2020-ni dəstəkləməkdən fəxarət hissi duyuruq.
[Bill Mak Dermot, SAP şirkətinin baş icraçı direktoru]
SAP şirkəti - innovativ proqram təminatı həllərində dünya lideri Expo 2020 Dubai-nin ilk beynəlxalq Baş Tərəfdaşı oldu və dünyanın hər bir yerindən gələn ziyarətçilər üçün fərdi təcrübələrin təqdim olunmasını dəstəkləyəcək. Expo 2020 Dubai-nin "Enterprise" Proqram Təminatı üzrə İnnovativ Tərəfdaş qismində yeni təyin olunan SAP şirkəti təşkilatçılar və sərgi iştirakçılarına anında ziyarətçilərlə bağlı trendləri müəyyənləşdirməyə imkan verən və real vaxt rejimində işləyən platformalara dair birgə innovasiyalar həyata keçirəcək. Bu məlumatlar hər bir ziyarətçinin funksional imkanlarını istəklərinə uyğunlaşdırmağa kömək etmək üçün istifadə olunacaq. Bu, Expo 2020 Dubai-yə təşrif buyuran ziyarətçilərə seçdikləri pavilyonlara yol üstündə təklif olunan dayanacaq yerləri ilə ən qısa marşrutu təqdim edə və yaxud texnologiya həvəskarlarını virtual reallığın ən son nailiyyətlərini görmək üçün yönləndirə bilər.