şərtlər; müddəalar

Giriş
Expo 2020 Dubai-yə məxsus və Expo 2020 Dubai tərəfindən fəaliyyət göstərən / ------ / internet səhifəsini ("İnternet səhifəsi") istifadə etməzdən əvvəl bu Şərtlər və Müddəaları ("Şərtlər") diqqətlə oxuyun® ("(bizi/bizə,", "biz" və ya"bizim)"). İnternet səhifəsinə daxil olmaq və istifadə etmək bu şərtləri qəbul etməyiniz və ona riayət etməyinizdən asılıdır. Bu şərtlər səhifəyə daxil olan və istifadə edən bütün ziyarətçilərə, istifadəçilərə və başqalarına şamil olunur. İnternet səhifəsinə daxil olaraq və istifadə edərək siz bu şərtlərə əməl etməyə razılıq verirsiniz. Bu şərtlər bizim məxfilik siyasətimiz ilə birlikdə sizin bu internet səhifəsi ilə əlaqədar Expo 2020 Dubai ilə münasibətinizi tənzimləyir. Bu Şərtlərin hər hansı bir hissəsi ilə razılaşmırsınızsa, internet səhifəsinə daxil ola bilməzsiniz.
Əqli Mülkiyyət Hüquqları
İnternet səhifəsində yerləşdirilmiş bütün əqli mülkiyyət hüquqları və materialları bizə məxsusdur və bu tip bütün hüquqlar qorunur. İnternet səhifəsindəki bütün müəllif hüquqları, ticarət nişanları, dizayn hüququ, patent və digər əqli mülkiyyət hüquqları (qeydiyyatdan keçmiş və qeydiyyatdan keçməmiş) Expo 2020 Dubai® və/və ya üçüncü tərəflərə məxsusdur. Şərtlərdə göstərildiyi hallar istisna olmaqla, bizə və ya hər hansı digər üçüncü tərəfə məxsus olan və ya nəzarət edilən hər hansı bir ticarət nişanı, dizayn hüququ və ya müəllif hüququnu istifadə etmək hüququna və ya lisenziyasına malik deyilsiniz. Siz aşağıdakıları etmək hüququna malik deyilsiniz:
  • Bu internet səhifəsindən materialı yenidən dərc etmək (o cümlədən, digər internet səhifəsində dərc etmək);
  • İnternet səhifəsinə məxsus materialı satmaq, icarəyə vermək və ya sub-lisenziyasını həyata keçirmək;
  • İnternet səhifəsində olan hər hansı materialı ictimaiyyətə açıqlamaq; və
  • Bu internet səhifəsində göstərilən materialı kommersiya məqsədilə yenidən istehsal etmək, dublikatını çıxarmaq, surətini çıxarmaq və ya hər hansı digər bir formada istifadə etmək.
Məzmun (sənədlər)
Bu Şərtlərdə “məzmun” dedikdə hər hansı bir məqsədlə bu internet səhifəsi tərəfindən təqdim olunan material (mətn, şəkillər, audio material, video material və audio-vizual material) nəzərdə tutulur.
Siz Expo 2020 Dubai-yə® sənədi hər hansı mövcud və ya gələcək mediada istifadə etmək, çoxaltmaq, uyğunlaşdırmaq, dərc etmək, tərcümə etmək və yaymaq üçün dünya səviyyəsində, əvəz olunmayan, istisnasız, ödənişsiz lisenziya haqqı ilə təmin edirsiniz. Siz həmçinin Expo 2020 Dubai-yə® bu hüquqları sub lisenziya ilə təmin etmək hüququ və bu hüquqların pozulmasına görə tədbir görmək hüququ verirsiniz..

Sizin sənədiniz qeyri-qanuni və ya qanuna zidd olmamalıdır, hər hansı üçüncü tərəfin qanuni hüquqlarını pozmamalıdır və nə sizə və ya Expo 2020 Dubai və yaxud üçüncü tərəfə (hər hansı qüvvədə olan qanun çərçivəsində) qarşı hüquqi məhkəmə iddiası qaldırmaq iqtidarında olmamalıdır.® Siz hal-hazırda və ya nə vaxtsa təhlükəli və ya faktiki hüquqi prosessual və ya digər oxşar şikayətlərin mövzusu olan heç bir sənədi internet səhifəsinə təqdim etməməlisiniz.
Expo 2020 Dubai® bu internet səhifəsi üçün təqdim olunan və yaxud Expo 2020 Dubai-nin serverlərində qalan və ya bu internet səhifəsi vasitəsilə yerləşdirilən və ya dərc olunan ® sənədinizi və ya hər hansı materialı dəyişmək və ya silmək hüququna malikdir.
Xitamvermə
Biz sizin tərəfinizdən Müddəa və Şərtlərin pozulması (lakin bununla məhdudlaşmır) da daxil olmaqla hər hansı bir səbəb ucbatından ilkin xəbərdarlıq etmədən və ya məsuliyyət daşımadan internet səhifəsinə olan girişi birbaşa ləğv edə və ya dayandıra bilərik. Şərtlərin mülkiyyət müddəaları, zəmanətdən imtina, zərərin ödənilməsi və öhdəliyin məhdudlaşdırılması kimi bütün müddəaları mahiyyət etibarilə qüvvədə qalır.
Zəmanətin olmaması
Bu internet səhifəsi “olduğu kimi” təqdim olunmuşdur və Expo 2020 Dubai® bu internet səhifəsində təqdim olunan materiallar ilə əlaqədar heç bir açıq və ya nəzərdə tutulan bəyanat və yaxud zəmanət təqdim etmir. Əvvəlki bəndin əsas prinsipinə zərər vermədən biz aşağıdakılara zəmanət vermirik:
  • Bu internet səhifəsinə davamlı olaraq çıxış imkanı əldə etmək mümkün olacaq və ya tamamilə çıxış imkanı təmin ediləcək; və yaxud
  • Bu internet səhifəsindəki məlumatlar tam, doğru, dəqiq və ya qərəzsizdir.
Öhdəliyin məhdudlaşdırılması
Nə Expo 2020 Dubai,® nə də onun hər hansı əməkdaşı, direktoru və işçiləri bu internet səhifəsindən istifadə ilə bağlı yaranan və ya bununla əlaqəli olan hər hansı bir məsələyə görə bu öhdəliyin müqavilə, qanun pozuntusu və ya digər şərtlər çərçivəsində olub-olmamasından asılı olmayaraq məsuliyyət daşımamalıdır,® o cümlədən hər hansı əməkdaşı, direktoru və işçiləri sizin bu internet səhifəsindən istifadə ilə bağlı yaranan və ya bununla əlaqəli olan hər hansı birbaşa və ya dolayı, vacib və ya xüsusi öhdəliyə görə məsuliyyət daşımamalıdır.
Təzminat
Siz bununla razılaşırsınız ki, ® bu Şərtlərin hər hansı bir müddəasını pozmağınızdan irəli gələrək və ya hər hansı bir yolla bununla əlaqəli olan hər hansı və bütün öhdəliklər, xərclər, tələblər, fəaliyyət səbəbləri, zərərlər və xərclərə (o cümlədən, vəkil haqqı) görə yaranan zərərləri Expo 2020 Dubai-yə tamamilə geri ödəyəcəksiniz.
Digər internet səhifələrinə linklər
Zaman-zaman bu internet səhifəsi digər internet səhifələrinə də link-lər yerləşdirə bilər. Bu link-lər əlavə məlumat təqdim etmək üçün sizin rahatlığınız üçün yerləşdirilmişdir. Bu o demək deyil ki, biz həmin internet səhifə(lər)ini dəstəkləyirik. Biz link-i əlavə olunmuş internet səhifə(lər)inin məzmununa görə məsuliyyət daşımırıq.
Şərtlərin bölgüsü
Əgər bu Şərtlərin hər hansı bir müddəası qüvvədə olan hər hansı bir qanunivericiliyə əsasən etibarsızdırsa və ya etibarsız olduğu aşkar olunubsa, bu hal bu Şərtlərin digər müddəalarının qüvvədə olmasına və ya ümumilikdə Şərtlərin qüvvədə olmasına təsir etməyəcək.
Şərtlərin dəyişməsi
Expo 2020 Dubai® bu şərtləri istənilən vaxt və müvafiq hallarda dəyişdirmək hüququna malik olmalıdır. Bu internet səhifəsini istifadə edərək sizdən şərtləri müntəzəm qaydada nəzərdən keçirmək tələb olunur ki, siz bu internet səhifəsini tənzimləyən bütün şərt və müddəaları başa düşəsiniz.
Tapşırıq
Expo 2020 Dubai® hər hansı xəbərdarlıq olmadan və ya razılıq tələb olunmadan bu Şərtlər çərçivəsində nəzərdə tutulan hüquqlarını və öhdəliklərini həvalə etmək, transfer etmək və ya alt podratçıya ötürmək hüququna malik olmalıdır. Siz bu Şərtlər çərçivəsində nəzərdə tutulan hüquqlarınızı və ya öhdəliklərinizi həvalə etmək, transfer etmək və ya alt podratçıya ötürə bilməzsiniz.
Ümumi razılıq
Bu şərtlər, o cümlədən bu internet səhifəsində məsuliyyətdən imtina sizin bu internet səhifənizi istifadə etmənizlə bağlı siz və Expo 2020 Dubai® arasında razılığı təşkil edir və bu internet səhifəsini istifadə etməklə bağlı bütün əvvəlki razılıqları əvəz edir.
Qanunvericilik və yurisdiksiya
Bu şərtlər və müddəalar BƏƏ Qanunivericiliyi ilə tənzimlənəcək və təfsir olunacaq və bu Şərt və Müddəalar ilə bağlı hər hansı və bütün mübahisələr Dubay məhkəmələrinin müstəsna yurisdiksiyası ilə həll olunacaq.